Xalqımızın milli birliyinin və dəyərlərinin rəmzlərindən sayılan
Novruz bayramı münasibətilə “Azərbaycan Sənaye Korporasiyası”
ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin kollektivi
torpaqlarımızın bütövlüyü uğrunda həlak olan igid Vətən
oğullarımızın doğmalarına baş çəkərək Gəncə şəhəri üzrə 200 şəhid
ailəsinə ərzaq payları təqdim ediblər.
Dövlətimiz tərəfindən daim diqqət mərkəzində olduqlarını
bildirən şəhid ailələri onlara göstərilən qayğı və şəfqətə, dəstəyə
görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.