İki gün öncə Naxçıvan Ali Məclisinin sədr əvəzi Azər Zeynalovu 2-ci reyslə Bakıya gətiriblər.
AzerTimes xəbər verir ki, bu iddia ilə əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz məlumat yayıb.
O bildirib ki, ötən gün Azər Zeynalov müvafiq idarədə sorğu-sual edilib:
“Azər Zeynalov hələ də Naxçıvana qayıtmayıb”.
Qeyd edək ki, Azər Zeynalov Naxşıvan Ali Məclisinin sədri Vasif Talıbov istefaya göndəriləndən sonra onu əvəz edir.