Azər Türk Bankın xüsusi təqaüdünü alacaq tələbələr müəyyən edilib (FOTO)

Dövlət bankı Azər Türk Bank tələbələrin təlim nailiyyətlərinin
yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə, təhsil
üzrə göstəriciləri yüksək olan tələbələr üçün Vətən müharibəsində
şəhid olmuş əməkdaşı, mühəndis proqramçı Rauf Əliyevin xatirəsinə xüsusi
təqaüd təsis etmişdir.

Bu sosial proqrama, şərtlərə görə, ali təhsil müəssisələrində
informasiya texnologiyaları yönümlü ixtisaslar üzrə təhsil alan,
yüksək nəticələri olan ikinci və üçüncü kurs tələbələri Banka
onlayn müraciət etməklə qoşulmuşlar.

Azər Türk Bankın nümayəndələrinin iştirakı ilə seçilən 10 nəfər
tələbə 2022-ci ili əhatə edən tədris dövrü üzrə, bu ilin ötən
ayları da nəzərə alınmaqla hər ay (3 aylıq yay tətilini çıxmaq
şərti ilə) Bank tərəfindən təqaüd alacaqlar.

Martın 11-də Azər Türk Bankın Baş ofisində təqaüdçülərlə görüş
olmuşdur. Şəhid Rauf Əliyevin valideynlərinin də iştirak etdiyi bu
tədbirdə tələbələrə təqaüd sertifikatları təqdim edilmişdir.

Təqaüdə layiq görülən tələbələr:

  • Məmmədli Kənan

UNEC, İnformasiya Texnologiyaları Mühəndisliyi

  • Mirizadə Ləman

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Kompüter elmləri

  • Ağayeva Afət

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Kompüter elmləri

  • Mamedova Nərmin

Bakı Ali Neft Məktəbi, Proseslərin Avtomatlaşdırılması
Mühəndisliyi

  • Həsənov Oqtay

Bakı Mühəndislik Universiteti, Kompüter Mühəndisliyi

  • Teymurova Arzu

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Kompüter elmləri

  • Murad Abdullayev

Bakı Ali Neft Məktəbi, İnformasiya Təhlükəsizliyi

  • Şəbnəm Mirzəyeva

Bakı Mühəndislik Universiteti, İnformasiya Təhlükəsizliyi

  • Hüseynbaba Rzaquliyev

Bakı Mühəndislik Universiteti, Kompüter mühəndisliyi

  • Radmila Musayeva

Bakı Ali Neft Məktəbi, İnformasiya təhlükəsizliyi

Teqlər: