Azər Türk Bankdan sərfəli atb kredit kartı

Dövlət bankı Azər Türk Bank potensial müştərilərinə sərfəli faizlə yeni atb kredit kartı təklif edir. Kart pulsuz təqdim olunur.

3 il müddətinədək açılacaq kredit xəttinin illik faiz dərəcəsi cəmi 20%-dir.

Kredit xəttinin maksimal məbləği 10,000 AZN, təminantsız 5,000 AZN təşkil edir.

Kreditin rəsmiləşdirilməsi üzrə komissiya, Banka məxsus olan ATM və POS-terminallarda nağdlaşdırma – 0%.

Milli valyutada olan bu kredit kartının debet qalığına illik 5,5% səviyyəsində faiz hesablanır və hər ayın sonuncu iş günü kart hesabına əlavə edilir.

Ay ərzində müştəri heç bir komissiya ödəmədən 20 dəfəyədək karta mədaxil və 40 dəfəyədək kartdan karta köçürmə əməliyyatları yerinə yetirə bilər

Kredit kartını Bankın rəsmi saytında FİN kod daxil edilməklə tez və rahat şəkildə sifariş vermək olar.

Müştərinin kredit xətti üzrə bütün əməliyyatları atb360 mobil əlavədən izləmək imkanı vardır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Teqlər: