Polşanın “Legiya” klubunun azarkeşləri yenidən açdığı bannerlə diqqət mərkəzinə düşüblər.
Onlar bu dəfə Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçirilən “Legiya” – “Şerif” matçında xoreoqrafiya nümayiş etdiriblər. UEFA-nın emblemi əks olunan bannerdə donuz təsvir olunub və bu sözlər yazılıb: “Və 35 min avro məbləğində cərimə gedir…”
Bu banner bir müddət öncə “Astana” ilə matçda Varşava qurbanlarına həsr edilmiş xoreoqrafiyadan sonra UEFA-nın kluba kəsdiyi 35 min avro cəriməyə cavabdır.