Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış
problemlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər
aparılır.
“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən
Trend-ə verilən məlumata görə, hal-hazırda saytlarda bilet
almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları
müvəqqəti olaraq işləmir.
“Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat
rejimində bərpa olunacaq. Aviaşirkətlər baş vermiş narahatlığa görə
üzr istəyirlər”, – deyə məlumatda qeyd edilib.