Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı
ilə AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə
qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün
təxliyə reyslərini yerinə yetirəcək.
Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması
ödənişsiz həyata keçirilir.
Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər
Azərbaycan vətəndaşı Vətənə qayıdıb.
Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi
üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də
təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də
336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.
Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün
Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya
bilərlər.