AZAL təxirə salınmış Bakı-Naxçıvan reyslərini yerinə yetirib

Xəbər - Sədrəddin Ağcayev – AzerTimes:

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti səhər saatlarında təxirə salınmış Bakı-Naxçıvan və əks istiqamətdə reysləri yerinə yetirib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Naxçıvandan gələn təyyarələr Bakıda saat 16:18 və 16:44-də eniş edib.

Bundan əvvəl isə Bakıdan yola çıxmış təyyarələr 13:30-da və 13:40-da Naxçıvana enmiş, saat 15:25-də və 15:52-də Bakıya hərəkət etmişdi.

Xatırladaq ki, reyslər səhər saatlarında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən təxirə salınmışdı.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: