AZAL İtaliyaya uçuşları bərpa edir

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Milan-Bakı beynəlxalq
marşrutu üzrə reyslər yerinə yetirməyə başlayacaq.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
Bakı-Milan marşrutu üzrə və əks istiqamətdə xüsusi reyslər mayın
21-dən etibarən çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin
aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək
mümkün olacaq.

Azərbaycan və İtaliya arasında müntəzəm hava əlaqəsi pandemiya
səbəbindən dayandırılmışdır.

Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab
verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən
məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər
kateqoriyası qəbul olunacaq.

İtaliyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan
əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və
məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat
aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-italy

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış
olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.

Teqlər: