“İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus sərnişin təyyərəsinin zədələnmiş mühərrikinə görə 431 min manatdan çox sığorta ödənişi verib.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, ödəniş Azərbaycan Hava Yolları QSC-yə (AZAL) ödənilib.
Belə ki, aviaşirkətə məxsus sığortalı təyyarə ötən il Naxçıvan-Bakı reysi üzrə uçuş həyata keçirərkən onun mühərrikinə yad cisim düşüb və mühərrik zədələnib. Araşdırmalar və qiymətləndirilmələr bitdikdən sonra bu il dəymiş zərərin dəqiq məbləği müəyyənləşdirilib və ödəniş həyata keçirilib.