AZAL-ın təyyarəsi ilə Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdırılıb (FOTO)

Bu gün “Azərbaycan Hava Yolları”nın təyyarəsi ilə Bosniya və Herseqovinaya paytaxtı Sarayevo şəhərinə koronavirusa qarşı 40 min peyvənd çatdırılıb.

Bu barədə AzerTimes-a AZAL-dan bildirilib.

Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq həmçinin Tacikistana 40 min “AstraZeneca” vaksinin dozası çatdırılacaq.

Teqlər: