Nazirlər Kabineti Azərbaycan Hava Yolları QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 30 aprel 2008-ci il tarixli qərarında dəyişiklik edib.
AzerTimes xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, AZAL-ın İdarə Heyətinin (İH) tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, iki birinci vitse-prezidenti və dörd vitse-prezidentlərindən ibarətdir.
İndiyə qədər isə İH-nin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət olub.