AZAL-ın Naxçıvana uçan təyyarəsi tufanla əlaqədar Bakıya qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli
Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı
Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına
geri qayıtmaq qərarına gəlib.

Bu barədə AzerTimes-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat
xidmətindən bildirilib.

Təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş
edib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana
yola düşəcəklər.

Teqlər: