AZAL-ın keçmiş idarə rəisi azadlığa buraxıldı

AZAL-ın keçmiş idarə rəisi azadlığa buraxıldı

“Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisi Emil Süleymanov azadlığa buraxılıb.

AzerTimes xəbər verir ki, bu barədə məhkəmə qərar çıxarıb.

Qərara əsasən, o, cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, E.Süleymanov və digərləri 2007-ci ilin 6 sentyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274-cü (dövlətə xəyanət), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edilib.

Məhkəmənin qərarı ilə E.Süleymanov 15 il müddətinə azadlıqdan mərhum edilib.

Teqlər: