AZAL-ın İstanbul-Bakı reysi gecikir

İstanbulda əlverişsiz hava şəraiti (güclü qar) səbəbindən AZAL-ın İstanbul-Bakı reysi gecikir.

Bu barədə AZAL-dan AzerTimes-a bildirilib.

Hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir və qida və alkoqolsuz içki ilə təmin olunacaqlar.


İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan yola düşəcək.

Teqlər: