AZAL-ın Bakı-İstanbul reyslərinin sərnişinləri yola salınıb

Bakı-İstanbul marşrutu üzrə təxirə salınan hər üç reysin sərnişinləri təyinat hava limanına AZAL-ın ən böyük geniş füzelyajlı təyyarəsi olan “Airbus A340” ilə yola düşüblər.

Bu barədə AzerTimes-a “Azərbaycan Hava Yolları”-nın (AZAL) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, AZAL-ın İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri eyni təyyarə ilə Bakıya qayıdacaqlar.


Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırmış, AZAL-ın bir neçə reysi gecikmiş və təxirə salınmışdı.

Teqlər: