AZAL-ın 100-ə yaxın əməkdaşı qan verdi – Foto

AZAL-ın 100-ə yaxın əməkdaşı qan verdi – Foto

Azərbaycan Hava Yolları QSC (AZAL) 8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş “Qan ver, həyat ver!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.

AZAL-dan AzerTimes-a verilən məlumata görə, aksiya Azərbaycan Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının dəstəyi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşən Tibb-Sanitar İdarəsində təşkil olunub.

Tədbirdə AZAL-ın 100-ə yaxın əməkdaşı iştirak edib. Aksiyada iştirak etməzdən əvvəl onların sağlamlıqları Mərkəzi Qan Bankının həkimləri tərəfindən yoxlanılıb.

Qanvermə aksiyası AZAL-ın sosial məsuliyyət fəaliyyəti çərçivəsində irsi qan xəstəliklərindən əziyyət çəkən, ağır qəza, cərrahi əməliyyat və ya təbii fəlakət zamanı risk altına düşmüş şəxslərə dəstək olmaq məqsədilə həyata keçirilib.

Teqlər: