“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin əməkdaşlarının müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik işə/işdən daşınması xidmətlərinin satınalınması məqsədilə 1 lotdan ibarət açıq tender elan edir
- Lot 1 – “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşlarının müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik işə/işdən daşınması xidmətlərinin satınalınması
- Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı və əsas şərtlər toplusunu əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
- İştirak haqqı:
- Lot 1 : 100 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
- Hesab: AZ88AZAL38050000001000002000
- VÖEN: 9900000831
- Bank: “PREMIUM BANK”ASC-nin 2 saylı filialı
- Bankın VÖEN-i :9900006241
- Kodu: 508267
- M/H: AZ70NABZ01350100000000020944
- S.W.İ.F.T: AZAL AZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; Tender təklifi (təklif zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (ən azı tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox qüvvədə olmalıdır); Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 04.05.2021-ci il, 14:30 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 17.05.2021-ci il,11:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 18.05.2021-ci il 14:30 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Əlaqələndirici şəxs: Hava Limanlarının İstismarı Baş İdarəsinin Xüsusi Avtomobil Nəqliyyat İdarəsinin mühəndisi – Cavanşir Babayev (99412) 497-26-00 Əlavə (23-19);(35-21); [email protected]