Azərbaycan Hava Yollarının J2-251 və J2-253 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat Xidmətinin məlumatında deyilib.
“Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 Votsap nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər”, – məlumatda qeyd olunub.