“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Moldovanın paytaxtı Kişinyov şəhərinə həyata keçirəcəyi reyslərə bilet satışına başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə AZAL öz rəsmi səhifəsində məlumat yayıb
Məlumata görə, uçuşlar sentyabrın 15-dən başlayaraq həftədə iki dəfə – bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Qeyd edək ki, biletləri www.azal.az sayı, aviaşirkətin mobil əlavəsi və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.