“Azərbaycan Hava Yolları” aviaşirkəti 29 may ayından etibarən
Bakı ilə Berlin arasında uçuşların yerinə yetirilməsini bərpa
edir.
“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həftədə 2 dəfə –
çərşənbə axşamı və bazar günləri aviaşirkət tərəfindən həyata
keçiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin
aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək
mümkün olacaq.
Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab
verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən
məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər
kateqoriyası qəbul olunacaq.
Almaniyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan
əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və
məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat
aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-germany.
Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış
olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.