Xəbər - Sədrəddin Ağcayev – Trend:
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycandan Türkiyəyə uçuşları müvəqqəti dayandırır.
Bunu AzerTimes-a AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.
Onun sözlərində görə, 29 aprel 2021-ci il – 16 may 2021-ci il tarixlərinə olan Bakı-İstanbul-Bakı və 29 aprel 2021-ci il – 13 may 2021-ci il tarixlərinə olan Bakı-Ankara-Bakı reysləri ləğv edilir.
Bununla yanaşı, Bakı-Antalya-Bakı 12 may 2021-ci il tarixli reysi də ləğv olunub.
“Alternativ kimi sözügedən tarixlərə olan aviabiletləri cərimə tətbiq olunmadan istənilən tarixlərə “Türk Hava Yolları”nın biletlərinə dəyişmək olar”.
Digər istiqamətlər üzrə reyslərə dəyişikliklər edilməyib.