Xəbər - Samir Əli – Trend:
Azadlığa çıxan məhkumların cəmiyyətə adaptasiya məsələsi ilə bağlı tədbirlər görülür.
AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.
Onun sözlərinə görə, Amnitsiya ilə bağlı azadlığa çıxan məhkumların adaptasiyası ilə bağlı işlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur.
“Azadlığa çıxan şəxslər reabilitasiya və adaptasiya prosesi çərçivəsində həmin quruma müraciət edərək zəruri yardımlar ala bilərlər.
Eyni zamanda hər bir azadlığa çıxan məhkuma əmək haqqının 4 misli qədər yardım nəzərdə tutulur” – deyə nazirlik rəsmisi bildirib.