Bakıda azadlığa buraxıldıqdan sonra tutulan İsmayıl Qəhrəmanov barəsində məhkəmə qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi, Xətai, Nizami rayonlarında çoxsaylı oğurluq əməllərində şübhəli bilinən 1995-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov barəsində məhkəmə qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs barəsində cinayət işinin istintaqı Bakı şəhər Baş Polis İdarəsində aparılır.