Xəbər - Samir Əli – Trend:
Gənclər və İdman naziri Azad Rəhimovun vəziyyəti yaxşılaşır.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib.
O qeyd edib ki, hər gün nazirlə birbaşa əlaqə saxlayır: “Bütün lazımi tapşırıqlar verilir. Ümid edirik ki, tezliklə müalicə tam bitəcək və nazir işinin başına dönəcək”.