Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin rəsmi “Facebook” səhifəsi məlumat yayıb.
“Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan mərhuma rəhmət diləyirik”, – deyə paylaşımda deyilir.