Azad olunmuş torpaqlarda fərdi ev tikmək… – Ekspert

Azad olunmuş torpaqlarda fərdi ev tikmək… – Ekspert

Fikirləşmirəm ki, indi kimsə gedib, orada torpaq alıb, nəsə tikə bilər. Bunun zamana ehtiyacı var. Torpaqlar reyestrin kadastr planına düşməlidir. Ölçüləri, kateqoriyaları hamısı bilinməlidir. Sonra isə orda bələdiyyələr fəaliyyətə başlamalıdır. Ondan sonra Qarabağda və Şərqi Zəngəzurda torpaq alıb, nəsə tikmək olar.

Bu sözləri AzerTimes-a əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, Qarabağda fərdi ev tikmək üçün müəyyən şərtlər lazımdır:

“Bu evlər təbii ki, Baş Plana uyğun tikiləcək. Əgər orda qeyd olunubsa ki fərdi ev tikmək olar, deməli, tikilə bilər. Düzdür, dövlət başçısı ilkin tapşırıqlarını yəqin ki, verib. Amma alt sənədlər hazır deyil. Hazır olduqdan sonra o bölgələrə daha çox iş adam köçə, ev tikə bilər. Bu gün üçün isə mümkün sayılmır”.

Ekspertin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə iş yerlərinin çox olması tikiləcək evlərin də sayına təsir edəcək:

“İş yerləri çox və insanlar üçün cazibədar olsa, o ərazilərə axın ola bilər. Çünki o ərazilərdə yaşamaq istəyən insan çoxdur. Bakıdan da müəyyən əməkçi qüvvəsi yəqin ki, o zonalara gedəcək”.

Teqlər: