Fevralın 16-da 20 ölkədən 30-dan çox dünyaşöhrətli beynəlxalq
səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər edib. Fevralın 18-dək
davam edən səfər Yer kürəsini müvafiq parametrlər əsasında 1301
regiona bölərək bu sahədə səyyahlar üçün beynəlxalq standartları
müəyyənləşdirən dünya miqyaslı “NomadMania” klubunun təşkilatçılığı
ilə həyata keçirilib. ABŞ, Böyük Britaniya, Almaniya, Niderland,
Danimarka, Avstriya, İtaliya, İspaniya, Portuqaliya, Polşa,
Macarıstan, Bosniya və Herseqovina, Serbiya, Slovakiya, Ukrayna,
Türkiyə, Tailand, Küveyt, Əlcəzair, Avstraliyanı təmsil edən
səyyahların səfəri Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan
başlayıb.
Şuşa ilə yaxından tanışlıqdan sonra beynəlxalq səyahətçilər
Ağdamda da olub. Onlar Qarabağdan sonra Şərqi Zəngəzura səfər edib
törədilmiş urbisidi öz gözləri ilə görüblər. Həmçinin Zəngəzur
dəhlizinin açılması istiqamətində görülən işlərlə yerində tanış
olublar.
Fevralın 18-də isə Qarabağ və Şərqi Zəngəzura səfər etmiş
tanınmış xarici səyyahlar mətbuat konfransı keçiriblər.
Əlcəzairdən olan səyyah Məhəmməd Vasim Allahi
AzerTimes-ın suallarını cavablayarkən qeyd edib ki, onlar Qarabağda
olarkən oranın fərqli və möhtəşəm mənzərəsi ilə yanaşı, törədilən
dağıntıları müşahidə ediblər.
“ Eyni zamanda biz gördük ki, Azərbaycan höküməti həmin
ərazilərdə yenidənqurma işləri aparır, dağıntılar bərpa olunur.
Ümid edirəm ki, insanlar bərpadan sonra Qarabağa tezliklə qayıdar
və sülh içində öz yurdlarında yaşamağa davam edərlər”, – deyə o
əlavə edib
Italiyalı səyyah Nikola Korotella isə AzerTimes-ın
suallarına cavab olaraq bildirib ki,azad olunan ərazilərdə
dağıntıların miqyası genişdir. Lakin yenidən-qurma işlərinin bu
qədər sürətli aparılması çox gözəldir.
“Mən dağıntıların miqyasından çox, oradakı bərpa-quruculuq
işlərinə fokuslandım. Düzdü, biz dağıntıalrın şahidi olduq, amma
bununla yanaşı yenidən-qurma işlərini də gördük. Bərpa işləri başa
çatdıqdan sonra regionun necə gözəl olacağını təsəvvür etmək çox
xoşdur. Mənim ölkəm sülhü dəstələyən bir ölkədir. Əminəm ki,
qarşıda olan sülh prosesinin inkişafı italyan turistlərində
diqqətini çəkəcək və onların buraya səyahət etməsi iki ölkə
arasında əlaqələri möhkəmləndirəcək”, -deyə o qeyd edib.
Beynəlxalq səyyahların Azərbaycan ərazilərinə səfər etməsi və
burada ermənilər tərəfindən törədilən vəhşilikləri, dağıntıları öz
gözlərilə görməsi, səsləndirdikləri bəyanatlar uzun illərdir
Azərbaycanın haqq səsinə cavab verməyən UNESCO üçün açıq mesajdır.
İlk növbədə onu qeyd etmək lazımdır ki, UNESCO-nun Ermənistanın
saxta iddiası əsasında missiya göndərmək niyyəti riyakarlıqdır.
Uzun illərdir Azərbaycan ermənilər tərəfindən həm Ermənistanda, həm
də işğal altında olan ərazilərdə Azərbaycan xalqının milli-mədəni
irsinin dağıdılması, silinməsi istiqamətində məqsədyönlü iş
aparıldığı barədə UNESCO-ya müraciət edərək, müvafiq missiyaların
göndərilməsini və bu cinayətlərə son qoyulmasını tələb etdi. Amma
təşkilat bütün bu müraciətləri qulaqardına vurdu və heç bir tədbir
görmədi.
#3551181##
Bu gün isə bu ərazilərə gələn beynəlxalq səyyahlar UNESCO-nun
görməli və deməli olduğu məsələləri deyirlər. UNESCO da onların
açıqlamalarını görməzdən gəlmək əvəzinə düzgün qiymət verməyi
bacarmalıdır.
Məsələni AzerTimes-a şərh edən Milli Məclisin deputatı Cavid
Osmanov bildirib ki, ermənilər uzun illər ərzində həm
indiki Ermənistan ərazisində, həm 30 il ərzində işğal altında
saxladıqları tarixi Azərbaycan torpaqlarında Azərbaycanın
milli-mədəni irsinin dağıdılması, yer üzündən silinməsi
istiqamətində məqsədyönlü işlər aparıablar.
“Ermənilər tarixi saxtalaşdıraraq Azərbaycanın tarixi və mədəni
abidələrini dağıdıblar. 20 faiz torpaqlarımızı işğal altında
saxladıqları müddətdə ermənilər burada 67 məsciddən 65-ni tamamilə
dağıdıb, iki məscidi isə söküb təhqir ediblər, orada heyvan
saxlayıblar. Ermənilər tarixi saxtalaşdırmağa çalışaraq Alban dini
abidələrini erməniləşdirməyə cəhd ediblər. Onlar işğal dövründə
bütün maddi-mədəni irsimizi tamamilə məhv ediblər.
Azərbaycan bununla bağlı dəfələrlə UNESCO-ya müraciətlər edib,
lakin bu mütraciətlər hər zaman qulaqardına vurulub, təşkilat guya
– bu, siyasi məsələdir – deyərək məsuliyyəti boynundan atmağa
çalışıb. Ancaq çox təəssüf ki, indi Ermənistanın saxta, qondarma
iddialarına UNESCO operativ reaksiya verib və belə bir texniki
missiyanın göndərilməsi ilə bağlı hazırlıq işlərinin aparıldığı
qeyd edilib.
Bu gün UNESCO Ermənistanın saxta, qondarma iddiaları əsasında
yox, ermənilər tərəfindən viran qoyulmuş ərazilərə səyahət edən
beynəlxalq ekspertlərin, diplomatların, beynəlxalq səyyahların
açıqlamalarına diqqət etməlidir. Əsl həqiqət onların sözlərində,
müşahidələrindədir”, – deyə deputat bildirib.
Politoloq Şəbnəm Həsənova isə AzerTimes-ın sualına cavabında
qeyd edib ki, 30 il ərzində Azərbaycanın torpaqlarını bütün
beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğal etməklə
kifayətlənməyən Ermənistan xalqımızın milli-mənəvi abidələrini məhv
etməklə o torpaqlardan izimizi birdəfəlik silmək məqsədi, çirkin
amalı ilə məşğul idi.
“Cənab Prezident İlham Əliyev Ağdama ən son səfəri zamanı
bildirdi ki, bu yerlərə baxanda insanın ürəyi ağrıyır. Niyə bəs
UNESCO da öz missiyasına xidmət etmir, bunu unudub siyasi
bəyanatlar verməklə, özünü Fransa XİN-in bir departamenti kimi
aparıb, erməni maraqlarına xidmət etməklə məşğuldur? Sözügedən
qurum Cenevrə konvensiyalarını, görünür, unudub”, – deyə politoloq
bildirib.
O qeyd edib ki, UNESCO və onun nümayəndəsinin unutmalı olduğu
məsələ konvensiyalar yox, “Dağlıq Qarabağ” dediyi ərazi
vahididir.
“Yoxdur artıq belə bir bölgə, unudun! Erməni propoqandasına
xidməti də unudun! Bu, sizin üstünlüyünüz yox, öhdəliyinizdir.
İllərlə susan UNESCO müharibədən sonra Azərbaycanın viran qoyulmuş
ərazilərinə səfər edən beynəlxalq səyyahların, diplomatların,
ekspertlərin, jurnalistlərin bəyanatlarına, açıqlamalarına
baxmalıdır. Həqiqət göz önündədir. UNESCO sanki qəflət yuxusundan
indi ayılıb, o da tərs tərəfindən oyanıb, Azərbaycan xalqının bütün
mədəni irsini yerlə bir edən Ermənistanın qondarma iddialarına
operativ reaksiya göstərir. Bu, riyakarlıqdan başqa bir şey deyil”,
– deyə polotoloq əlavə edib.
Trend İnformsiya Agentliyinin Siyasət
Şöbəsi