Azad olunmuş ərazilərdəki abidələrin “Yol xəritəsi” hazırlanıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar “Yol Xəritəsi” sənədi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

AzerTimes xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.


“İnfrastruktur layihələrinin icrası zamanı işğaldan azad edilmiş rayonlarda yerləşən abidələrin, tarixi-memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin qorunması üçün qabaqlayıcı mühafizə tədbirlərinin təmin edilməsi məqsədilə elektron xəritələr tərtib edilib və aidiyyəti orqanlara təqdim edilib”, – əlavə edib.

Teqlər: