Xəbər - Fərid Zöhrabov – Trend:
İşğaldan azad edilmiş ərazilərin qış turizm potensialı genişdir.
Bunu Trend-in suallarını cavablandırarkən Dövlət Turizm Agentliyinin Regional Turizmin inkişafı sektorunun müdürü İlkin Cavadov deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər təbii irs və mədəni irslə zəngindir:
“Bu səbəbdən həmin bölgələrin həm yay, həm də qış turizmi üçün əlverişlidir. Gələcəkdə burda yaradalıcaq qış turizm növlərinin geniş spektrini qarşımıza qoyulan əsas məsələlərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə qış turizm potensialını harda inkişaf elətdirmək üçün araşdırılma aparılmalıdır, harda dağ xizək turizmi üçün əlverişli yerlər var və insanların istirahət edəcəyi yerləri aydınlaşdırmaq lazımdır. İlkin olaraq deyə bilərəm ki, qış turizmi üçün ən əlverişli yer Kəlbəcər rayonudur. Burada təbii irs nümunələrinin mövcudluğunu nəzərə alaraq burada qış turizm növlərinin yaradılmasını labüd edir. Bundan başqa Laçında, Şuşada, Hadrutda, Tuğda, Azıx mağarası ətrafında olan ərazilər gələcəkdə qış turizmi üçün insanların diqqətini cəlb edir”, -deyə o qeyd edib.