Azad olunmuş ərazilərdə Ermənistanın dağıntılar törətdiyini bilirdik, amma bu qədər acınacaqlı olacağını düşünmürdük – Prezidentin köməkçisi

Xəbər - Humay Ağacanova – Trend:

Azad olunmuş ərazilərdə Ermənistanın dağıntılar törətdiyini bilirdik, amma bu qədər acınacaqlı olacağını düşünmürdük.

AzerTimes-ın məlumatına görə, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, işğal altında olduğu dövrdə Azərbaycan əraziləri tamamilə dağıdılıb: “Biz dağıntılar gözləyirdik, amma bu qədər acınacaqlı olacağını düşünmürdük. Ağdam Xirosimaya bənzəyir. 30 il Ermənistan üçün əbəs yerə gedən bir dövr olub. İndi vəziyətin dəyişdirilməsi lazımdır. Azərbaycan buna hazırdır, əgər biz regionda vəziyyəti dəyişdirsək, sülhü bərqərar etsək, bundan bütün region ölkələri bəhrələnəcək”.

Teqlər: