Azad olunmuş ərazilərdə Birinci Qarabağ müharibəsindən qalan 150-yə yaxın meyit tapmışıq – Baş prokuror

Xəbər - Samir Əli – Trend:

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra əvvəlki müharibədə itkin düşən 150-yə yaxın şəxsin meyitini aşkar etmişik.

AzerTimes-ın məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.


Kamran Əliyevin sözlərinə görə, Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin tapılması istiqamətində fəaliyyət davam edir. Bu işdə aidiyyəti dövlət qurumları və digər ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq olunur: “İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 150-yə yaxın şəxsin meyitini aşkar etmişik. İşğaldan azad olunmuş ərazilərdən onların meyitlərini tapmışıq. Qarşı tərəf də bizə bəzi meyitləri təhvil verib. Bu istiqamətdə də işlər davam etdirilir”.

Teqlər: