Azad olunmuş ərazilərdə arıçılığı sürətlə inkişaf etdirəcəyik – Assosiasiya sədri

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azad olunmuş ərazilərdə bal ənənələrini bərpa edib arıçılğı sürətlə inkişaf etdirəcəyik.

Bunu AzerTimes-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, bununla bağlı artıq inkişaf proqramı da hazırlanır:

“Bu günlərdə azad olunmuş ərazilərə səfər zamanı orada arıçılıq istehsalının potensialı ilə tanış olduq və keçmiş arıçılıq ənənələrini araşdırdıq. Aran arıçılığını Füzuli Cəbrayıl və Zəngilanda, Hadrut və digər bölgələrdə isə dağ arıçılığını bərpa edərək inkişaf etdirmək mümkündür.


Hələ sovet dövründə Kəlbəcər və Laçın Azərbaycanın bal ehtiyatının çox hissəsini qarşılayırdı. Burada çox keyfiyyətli bal istehsal olunur və hətta keçirilən beynəlaxlq müsabiqələrdə layiqli yerlər tuturdular. Bu imkanları görən ermənilər də işğalçılıq dövründə Kəlbəcərdə geniş bal istehsalı ilə məşğul olub və “Karvajar” adı altında onu xaricə belə ixrac edirdilər”.

B.Həsrətov qeyd edib ki, hazırda Qarabağ camaatı öz yurdlarından didərgin düşsələr belə, onlar Azərbaycanın digər bölgələrində arıçılıq ənənələrini yaşadırlar. Həmin şəxslərdən bir çox bu günə kimi də bal istehsalı ilə məşğul olurlar.

Teqlər: