Azad olunmuş ərazilərdə 10 seysmik stansiya qurulacaq

Xəbər - Çingiz Səfərli – Trend:

İşğaldan azad ərazilərdə 2025-ci ilə qədər 10 seysmik stansiyanın qurulması nəzərdə tutulub, lakin bu il bu istiqamətdə heç bir iş görə bilməmişik.

Bunu AzerTimes-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O bildirib ki, seysmik stansiyaların qurulması üçün öncə ərazilər minalardan təmizlənməli və məskunlaşma olmalıdır.

“İşğaldan öncə bizim Cəbrayıl, Ağdam və Kəlbəcərdə 3 seysmik stansiyamız var idi. Yeni stansiyalar ilk növbədə köhnələrin yerində qurulacaq və kompleks tədqiqatlar aparmaq üçün get-gedə bu şəbəkə genişləndiriləcək”.


Mərkəzin Baş direktoru Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə əməkdaşlıqdan da danışıb.

“Hələ 2018-ci ildə Ankarada birgə əməkdaşlıq üçün müqavilə bağlamışdıq. İndi Türkiyə tərəfi bizə dərin quyu stansiyası verəcək və gələn ilin may ayından iyul ayına qədər türkiyəli nümayəndələrin də iştirakı ilə stansiyanın yeri seçiləcək”.

Twitter: @cingizsafarli

Teqlər: