Azad olunan torpaqları minalardan təmizləmək üçün dövlətimiz mühüm işlər görür – Elşad Həsənov

Azərbaycan tarixinə böyük zəfər kimi yazılan 44 günlük Vətən
müharibəsindən iki ilə yaxın vaxt keçir. Lakin azad olunmuş
torpaqlarımızda mənfur düşmənlərimiz minlərlə mina basdırıb.
Ermənistan ordusu döyüş meydanında məğlub olduqdan sonra həmin
ərazilərdə basdırdıqları minaların xəritələrini ilk dövrlərdə bizə
vermək istəmirdi. Sonradan xəritələrin bir hissəsi Azərbaycan
tərəfinə verilsə də, onun dəqiqliyi basdırılan minalarla çox az
üst-üstə düşdü. Bu səbəbdən həmin ərazilərdə quruculuq işləri
aparan mülki vətəndaşlarımız, bəzi hallarda hərbçilərimiz də
minalanmış sahədə xəsarət alır və həlak olur. Bu, bir daha
ermənilərin məkrli xislətlərini göstərir.

Bunu Trend
jurnalist, siyasi ekspert Elşad Həsənov deyib.

Onun sözlərinə görə, ermənilərin əsas məqsədlərindən biri də
azad olunmuş torpaqlarımıza qayıdışın ləngiməsidir.

“Bütün bunlara baxmayaraq, azad olunan torpaqları minalardan
təmizləmək üçün dövlətimiz mühüm işlər görür. Xarici ölkələrdən
minaların təmizlənməsi üçün texnikalar alınır, mütəxəssislər cəlb
olunur. Cənab Prezident İlham Əliyevin göstərişi ilə mina və
partlamamış sursatlardan təmizlənən ərazilərdə sürətlə
tikinti-quruculuq işləri aparılır. Avropa və Türkiyədə istehsal
olunan mexaniki sistemlərin ölkəmizə gətirilməsinə və tətbiqinə
başlanılıb”, – deyə ekspert vurğulayıb.

Teqlər: