Azad olunan ərazilərin hər yerində… – Rzayev

Azad olunan ərazilərin hər yerində… – Rzayev

Uzun illərdən sonra Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün bayram əhval-ruhiyyəsi ilə Böyük qayıdışın ilk addımını həyata keçiririk.

AzerTimes xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

“Biz hamımız sevincliyik. Zəngilanda müasir bir kənd salınıb. Azərbaycanda ilk dəfə “Ağıllı kənd” konsepsiyası həyata keçirilib, orada müasir şərait yaradılıb. İşğaldan azad olunan ərazilərin hər yerində irimiqyaslı işlər davam etdirilir”, – komitə sədri bildirib.

R.Rzayev qeyd edib ki, məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub:

“Bu gün qəbullar zamanı eşidəndə ki, dövlət onlara kifayət qədər dəstək olub, insan sevinir ki, bu cür Vətəni, vətəndaşları, lideri var. Gələcəkdə bərpa olunacaq şəhər və kəndlərdə biz firəvan şəkildə yaşayacağıq. Bu gün 10 ailə Ağalıya köçəcək, onlar öz kəndlərini əlləri, canları, ürəkləri ilə yenidən bərpa edəcəklər. Bu işdə bütün Azərbaycan xalqı bir yerdə olacaq”.

Teqlər: