Azad olunan ərazilərə qanunsuz səfər edən 175 nəfər həbs olunub

Xəbər - Samir Əli – Trend:

Vətən müharibəsi başa çatandan sonra işğaldan azad olunmuş
ərazilərə qanunsuz səfər edən 602 nəfər müəyyən edilərək inzibati
məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi
polis mayoru Elşad Hacıyev AzerTimes-ın sorğusuna cavab olaraq bildirib
ki, onlardan 175 nəfər barəsində inzibati həbs, 345 nəfər barəsində
cərimə tətbiq edilib, digərlərinə isə məhkəmələr tərəfindən
xəbərdarlıq olunub.

“Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə minatəmizləmə
əməliyyatları aparılır.

Təmizlənən ərazilərə vətəndaşların rahat qayıdışı üçün bərpa və
quruculuq işləri davam etdirilir”, – deyə E.Hacıyev bildirib.

Teqlər: