Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan AzerTimes-a verilən məlumata görə, iyunun 14-dən 19-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 89, tank əleyhinə 107 mina və 11 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 1 111 085 m² (111 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.