İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir.
AzerTimes İTV-yə istinadən xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov bildirib.
“İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalını həyata keçirən sahibkarlıq subyektləri dövriyyə vəsaitləri üçün müvəkkil banklardan iki ildən daha uzun müddətə kredit cəlb edə biləcəklər”, – o vurğulayıb.