Azad olunan ərazilərdə daha bir erməni hərbçinin cəsədi tapılıb

Xəbər - Samir Əli – Trend:

Füzuli rayonunun işğaldan azad olunan ərazisində daha bir erməni hərbçinin cəsədi aşkarlanıb.

Bu barədə AzerTimes-a Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

O bildirib ki, erməni hərbçinin cəsədi bu gün aparılan axtarışlar zamanı tapılıb.


Axtarış qrupunun aşkar etdiyi cəsəd Ermənistana təhvil verilib.

Teqlər: