Azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibinə dəyişiklik edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli
ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli
2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam
imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Zeynal Nağdəliyev” sözlərindən əvvəl
aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin
müavini”.

2. “Anar Ələkbərov” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni
abzas əlavə edilsin:

“Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi
– Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi
siyasət və sənaye məsələləri şöbəsinin müdiri”.

3. “Emin Hüseynov –” sözlərindən sonra “Qarabağ iqtisadi
rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu
istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi,” sözləri əlavə edilsin.

4. “Kamran Əliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni
abzas əlavə edilsin:

“Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və
dini məsələlər şöbəsinin müdiri”.

5. “Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat,
rabitə və yüksək texnologiyalar naziri” sözləri “Rəşad Nəbiyev –
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri”
sözləri ilə əvəz edilsin.

6. “Oqtay Şirəliyev” sözləri “Teymur Musayev” sözləri ilə əvəz
edilsin.

7. “Anar Quliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni
abzaslar əlavə edilsin:

“Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət naziri

Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika
naziri”.

8. “Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət
nazirinin birinci müavini” sözləri “Vüqar Süleymanov – Azərbaycan
Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri.”
sözləri ilə əvəz edilsin.

9. “Rəşad Nəbiyev – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin
sədri” sözləri çıxarılsın.

Teqlər: