Azad edilmiş ərazilərin bərpasında iştirak etmək üçün Azərbaycana 24 macar şirkəti gəlib

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün mənimlə Azərbaycana 24 macar şirkəti gəlib. Bütün bu şirkətlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpa prosesində iştirak etməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.


Nazir qeyd edib ki, macar şirkətləri ərazilərin infrastrukturunun bərpasında, su təchizatının qurulmasında, alternativ enerji mənbələrindən istifadə üçün avadanlıq istehsal edən müəssisələrin tikilməsində, mədəniyyət və dini abidələrin bərpasında iştirak etməyə hazırdır.

Teqlər: