Azad edilmiş ərazilərə qiymətləndirmə missiyasının səfərinin vaxtı açıqlanıb

BMT, Dünya Bankı və Avropa İttifaqının ekspertləri erməni
işğalından azad edilmiş Azərbaycan ərazilərinə martın 7-dən 17-dək
qiymətləndirmə missiyasının tərkibində səfər edəcək.

Trend-in məlumatına görə, bunu BMT-nin
Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva
Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə
həsr olunmuş fotosərginın açılışında deyib.

Onun sözlərinə görə, səfər azad edilmiş ərazilərdə vəziyyətin
qiymətləndirilməsi və bu ərazilərin bərpasına daha yaxşı dəstək
göstərilməsi üçün planlaşdırılır.

Teqlər: