Azad edilmiş ərazilərə avtobus marşrutları açılacaq

Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.

AzerTimes-ın əldə etdiyi məlumata görə, ilkin mərhələdə Şuşa və Ağdama reyslər üçün şərait yaradılacaq.

Nəzərdə tutulan marşrut xətləri Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı və Bərdə – Ağdam – Bərdədir.

“Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur”, – məlumada deyilir.

Teqlər: