Azad edilmiş ərazilərdən tapılan daha bir erməni hərbçinin cəsədi Ermənistana təhvil verilib

Xəbər - Samir Əli – AzerTimes:

İşğaldan azad edilən ərazilərdən daha bir erməni hərbçisinin cəsədi tapılıb.

Bunu AzerTimes-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, cəsəd Azərbaycan, Rusiya və Ermənistanın aidiyyəti qurumlarından ibarət axtarış qrupu tərəfindən aşkarlanıb.

Erməni hərbçinin cəsədi Suqovuşan istiqamətində tapılıb.

Cəsəd Ermənistan tərəfə təhvil verilib.

Teqlər: