Azad edilmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb (FOTO)

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı
vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal
tullantılar toplayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları və Daxili
Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri tədbirlər
nəticəsində Təzəkənd kəndi ərazisində nəzarət postunda Misir
Alıyev, Şahmar Allahverdiyev, Pərviz Məmmədov və Ravel Süleymanovun
idarələrində olan “Shacman” markalı yük avtomobili saxlanılıb.
Avtomobilin yük yerinə baxış keçirilən zaman işğaldan azad edilmiş
ərazilərdən qanunsuz olaraq topladıqları metal tullantılar aşkar
edilib.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Teqlər: