Şamaxı. Humay Ağacanova – Trend:
“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə 35kVt-luq izolyasiyalı və mühafizə olunan xəttlər çəkməklə 1 000 hektarlarla torpaq sahəsinə qənaət edəcək.
AzerTimes-ın məlumatına görə, bunu bu gün Şamaxıdakı “ASAN Xidmət” mərkəzində keçirilən brifinq çərçivəsində jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.
V.Mustafayev qeyd edib ki, həmin xəttlərin mühafizə zonası demək olar ki, yoxdur: “Əgər əvvəlki dövlərdə çəkilən xətlərin mühafizə zonası minimun 30 metr idisə, yeni izolyasiyalı xətlərlə bu sıfır metrə enib. Beləliklə də böyük bir əraziyə qənaət olunub”.