Xəbər - Sədrəddin Ağcayev – Trend:
İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”
yaradılması ilə bağlı Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə
hazırlanmış konsepsiya sənədi Azərbaycan hökumətinə təqdim
olunub
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, konsepsiya
çərçivəsində əhalinin məskunlaşması və iqtisadi inkişaf
ssenarilərindən asılı olaraq enerji təchizatı variantları
dəyərləndirilib.
Bundan başqa, ərazinin enerji potensialı nəzərə alınmaqla tətbiq
ediləcək müxtəlif “yaşıl” texnologiyalar üzrə təhlillər
aparılıb.
“Konsepsiya çərçivəsində müəyyən edilərək təklif edilmiş ssenari
üzrə daha təfsilatlı 17 təhlil və təklifləri özündə əks etdirəcək
Baş Plan sənədinin 2022-ci ilin birinci yarısında hazırlanması
nəzərdə tutulur”,- məlumatda deyilir.
Qeyd olunur ki, azad edlmiş ərazilərdə günəş enerjisi potensialı
7200 meqavatt, külək enerjisi potensialı 2000 meqavatt olaraq
müəyyən edilib.
“Kiçik su elektrik stansiyaların tədqiqi üçün Qubadlı, Laçın,
Kəlbəcər rayonlarına təşkil edilmiş çoxsaylı ekspedisiyalarda
işğaldan azad edilmiş (o cümlədən sülhməramlıların yerləşdirildiyi
ərazilər də daxil olmaqla) ərazilərdə 156 meqavattı (41 ədəd) kiçik
su elektrik stansiyalar ıolmaqla ümumilikdə gücü 241,3 meqavatt
olan 45 stansiya müəyyən olunub. Məlum olub ki, 34 stansiyanı
işğalçılar əraziləri tərk edərkən yararsız hala salıb”, – məlumatda
deyilir.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)