Azad edilmiş ərazilərdə “Şuşa”, “Yaşma”, “Zəfər” buğda sortlarının əkini aparılıb – Trend TV-nin Tərtərdən reportajı

Tərtər. Aslan Məmmədli – Trend:

İşğaldan azad edilən ərazilərimizdə sürətli əkin və elmi-tədqiqat işləri aparılır.

AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu Tərtər rayonu ərazisində həyata keçirilən taxıl əkini və burada toxumçuluğun inkişafı üzrə aparılan elmi-tədqiqat layihələri ilə tanış olub.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Qarabağ üzrə baş aqronomu Məhəmməd Şirinov AzerTimes-a bildirib ki, azad edilən ərazilərin bir hissəsi yenicə minalardan təmizlənib və həmin ərazidə əkin işlərinə start veriblər. Eyni zamanda ərazidə müasir və olduqca məhsuldar buğda sortlarının yetişdirilməsi işi aparılır: “Müzəffər Ali Baş Komandana və qəhrəman ordumuza dərin təşəkkür edirik ki, torpaqlarımız işğaldan azad edildi. Biz uzun illərdir bu yerlərə qayıtmağı həsrətlə gözləyirdik. İndi öz torpaqlarımızdayıq, əkin-biçin işləri ilə məşğul oluruq”, – M.Şirinov deyib.

Baş aqronom qeyd edib ki, Qələbənin şərəfinə yüksək keyfiyyətli “Şuşa”, “Yaşma”, “Zəfər” buğda sortları yetişdiriblər və artıq əkin aparılıb. Bu il yetişdirilən buğda sortlarından əldə edilən toxumla gələn il daha böyük ərazilərin əkilməsi planlaşdırılır.


Videoreportajı təqdim edirik.

Teqlər: