Azad edilmiş ərazilərdə səs verənlərin sayı…

Azad edilmiş ərazilərdə səs verənlərin sayı…

Azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək.

AzerTimes xəbər verir ki, bunu Report-a müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir və məntəqələr prosesə tam hazırdır.

R.Qasımov bildirib ki, işğaldan azad olunmuş ərazilərdəki 6 seçki məntəqəsində MSK-da akkreditə olunmuş təşkilatlardan biri – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Oracle Advisory Group” təşkilatı ilə birgə “ekzit-poll” həyata keçirəcək.

Teqlər: